Rusiyada son vəziyyət: Bir gündə 432 nəfər öldü

 Rusiyada son vəziyyət:  Bir gündə 432 nəfər öldü
  07 Fevral 2021    Oxunub:2719
Rusiyada son sutka ərzində koronavirusa 16 048 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 967 281 nəfərə çatıb.

Rusiyada son sutkada 432 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 76 661 nəfərdir. İndiyə qədər 3 456 210 nəfər saxlanılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti