Yenə ən çox yoluxma Bakıda, ən az isə Naxçıvandadır

 Yenə ən çox yoluxma Bakıda, ən az isə Naxçıvandadır
  08 Fevral 2021    Oxunub:3210
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,2 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,3, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8,1, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 3, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir.

Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.

Azvision.az


Teqlər: Bakı   Naxçıvan   Koronavirus  





Xəbər lenti