“Sərt karantinin olmasını istəməyənlər peyvənd vurdursun” - Baş həkim

 “Sərt karantinin olmasını istəməyənlər peyvənd vurdursun” -  Baş həkim
  08 Fevral 2021    Oxunub:7015
Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. İndiyədək bizim xəstəxanada bu yaş kateqoriyasına daxil olan 8 nəfər peyvənd olunub.
Bunu Azvision.az a-a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov deyib.  O bildirib ki, həmin şəxslərin hər biri randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçiblər.

"Onların adı saytda yoxlanıldıqdan sonra peyvənd olunublar. İlk gün olduğu üçün rəqəm azdır, sonrakı günlərdə peyvənd olunanların sayında artım gözlənilir".

T.Bəbirov qeyd edib ki, bu günədək peyvənd olunan şəxslərin səhhətində hər hansı problem müşahidə edilməyib: "Onların hər biri həkim müayinəsindən keçib. Vaksinasiya olunduqdan sonra səhhətlərində hər hansı problem olmayıb. Yarım saat oturublar, sonra evə gediblər".

Baş həkim vurğulayıb ki, ilkin mərhələdə xəstəxana heyətinin əksəriyyəti peyvənd olunub.
"Bəzi şəxslərdə müəyyən xəstəliklər olduğu üçün vaksinasiyadan keçməyiblər. Lakin onlar da mərhələli şəkildə peyvənd olunublar".

T.Bəbirovun sözlərinə görə, vətəndaşlarımız mart ayında yenidən yoluxma sayının artmasını, sərt karantin rejiminin olmasını istəmirlərsə, peyvənd olunmalıdırlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti