“YAŞAT” şəhid valideynlərinin əməliyyat xərclərini ödədi - FOTO

   “YAŞAT” şəhid valideynlərinin əməliyyat xərclərini ödədi -    FOTO
  08 Fevral 2021    Oxunub:2991
“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Azvision.az xəbər verir ki, qazimiz Qurban Ələkbərli “YAŞAT” Fondu tərəfindən müasir eşitmə aparatı ilə təmin edilib.
Şəhidimiz Kamran Qasımovun anası Naila Qasımovanın, şəhidimiz Teymur Həsənovun atası Mahal Həsənovun əməliyyat xərcləri, şəhidimiz Valeh Bədəlovun atası Vahid Bədəlovun isə müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.











Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti