Ermənistanda Qarabağı müzakirə etdilər: Səfirlə sabiq liderlərin görüşü

Ermənistanda Qarabağı müzakirə etdilər:  Səfirlə sabiq liderlərin görüşü
  08 Fevral 2021    Oxunub:3052
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın keçmiş liderləri ilə bütün aktual məsələləri və Qarabağdakı müharibədən sonra yaranmış vəziyyəti müzakirə etdiyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə səfir erməni jurnalistlərə açıqlamasında bildirib.

“2020-ci ilin sonunda baş verən faciəli hadisələrdən, Rusiyanın gördüyü işlərdən, sülhməramlı kontingent, Qarabağdakı Beynəlxalq Humanitar Mərkəzinin fəaliyyətindən, Ermənistana müxtəlif sahələrdə göstərilən yardımlardan danışdıq. Ölkədəki daxili siyasi vəziyyətlə bağlı qiymətləndirmələri dinləmək maraqlı idi”, - deyə Kopırkin əlavə edib.

Hakim komandanın növbədənkənar parlament seçkiləri keçirmək fikrindən imtina etməsinə gəlincə, Kopırkin deyib ki, qərar vermək Ermənistan rəhbərliyi və siyasi qüvvələrə aiddir.

Onun sözlərinə görə, Rusiya bunu Ermənistanın daxili işi hesab edir: "Düşünürəm ki, ölkənin olduğu çətin vəziyyət nəzərə alınmaqla, doğru qərar veriləcək. Həllinə ehtiyac duyulan çox vacib vəzifələr, ölkənin qarşısında dayanan problemlər var. Rusiya onların həllində fəal şəkildə kömək etməyə çalışır”.

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın böyük siyasətə qayıdışı ilə bağlı suala gəlincə, səfir erməni xalqının buna qiymət verməli olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya   Ermənistan   Səfir  





Xəbər lenti