Ermənistan daha 29 hərbçisinin öldüyünü təsdiqlədi

   Ermənistan daha 29 hərbçisinin öldüyünü təsdiqlədi
  08 Fevral 2021    Oxunub:3115
Ermənistan tərəfi Dağlıq Qarabağda döyüşlər zamanı məhv edilmiş daha 29 həbçisinin adını açıqlayıb.
Azvision.az xəbər verir ki, siyahını erməni KİV-ləri dərc edib.

Məlumata görə, Ermənistan indiyədək rəsmi olaraq 2204 itkisini elan edilb.

Xatırladaq ki, bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibədə ölən 3450 hərbçinin meyitlərinin və qalıqlarının məhkəmə tibbi ekspertizasına təhvil verildiyini, onların şəxsiyyətini müəyyənləşdirmək üçün hər gün 30 cəsədin müayinə olunduğunu deyib.

Lakin Ermənistanın itkilərinin göstərilən rəqəmlərdən çox olduğu heç kimə sirr deyil. Erməni ekspertlər müharibə zamanı 5-6 min, bəzən isə 7 min itkinin olduğunu bildirirlər.

Azvision.az


Teqlər: Qarabağ   İtki   Ermənistan  





Xəbər lenti