ABŞ Çinlə “müharibə”yə girməyəcək - Bayden söz verdi

 ABŞ Çinlə “müharibə”yə girməyəcək -  Bayden söz verdi
  09 Fevral 2021    Oxunub:2586
ABŞ Prezidenti Cozef Bayden söz verib ki, sələfi Donald Trampdan fərqli olaraq Çinlə ticarət müharibələrinə başlamayacaq. Bunun əvəzinə beynəlxalq qaydalar çərçivəsində dünyanın ikinci iqtisadiyyatı ilə rəqabət aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Baydenin sözlərinə görə, iki ölkə arasında artan gərginlik əvəzinə rəqabət olmalıdır.

ABŞ Prezidenti Çin lideri Si Cinpinlə görüşməsə də, onu yaxşı tanıdığını bildirib: "O, çox ağıllıdır".

Azvision.az


Teqlər: ABŞ   Bayden   Çin  





Xəbər lenti