Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi- FOTO

   Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi-    FOTO
  09 Fevral 2021    Oxunub:2446
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.
Azvision.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.

Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılmış, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.



Sonra xatirə şəkli çəkdirilib.

Ali Məclisin Sədri bildirib ki, Türkiyə Respublikası həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olub.

"Qazanılan uğurlarda Türkiyə Silahlı Qüvvələrinin də böyük rolu vardır. Buna görə də Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmətimizi bildiririk. Bu park ikinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılıb və buraya Türkiyə-Naxçıvan Dostluq Parkı adı verilib. Bu da gələcək nəsillər üçün nümunə olacaqdır".

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirib.







Azvision.az


Teqlər: Naxçıvan   Türkiyə   Azərbaycan   Dostluq   Park  





Xəbər lenti