İcra başçısı peyvənd olundu - FOTO

  09 Fevral 2021    Oxunub : 1929
İcra başçısı peyvənd olundu -    FOTO
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi uğurla davam edir.
Azvision.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Vurğulanıb ki, Sumqayıt şəhərində vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir. Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.





Azvision.az

Teqlər: Sumqayıt   İcra-başçısı   Peyvənd