Vendi Morton Bakıdakı “Azad qadın”ı ziyarət etdi - FOTO

Vendi Morton Bakıdakı “Azad qadın”ı ziyarət etdi -  FOTO
  09 Fevral 2021    Oxunub:2267
Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton “Azad qadın” heykəlini ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Tvitter” səhifəsində paylaşım edib.

"Görüşlərarası qısa vaxtımız oldu və nazir Morton daim azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan müasir Azərbaycan qadınının rəmzi olan “Azad qadın” heykəlinə baş çəkdi", - deyə səfir qeyd edib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azadqadın  





Xəbər lenti