Türkiyədə zəlzələ - Sakinlər təşvişə düşdü

     Türkiyədə zəlzələ    - Sakinlər təşvişə düşdü
  10 Fevral 2021    Oxunub:2444
Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 7,1 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti