“Azərbaycanın özü qərar verib Qarabağı geri aldı” - Ərdoğan

 “Azərbaycanın özü qərar verib Qarabağı geri aldı” -    Ərdoğan
  10 Fevral 2021    Oxunub:3307
30 il Azərbaycanın torpağı olan Qarabağı işğal altında saxladınız. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı. Biz də əlimizdən gələn dəstəyi verdik.
Azvision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Milli Kosmos Proqramının təqdimat mərasimində deyib.

Türkiyənin kosmos və peyk texnologiyaları sahəsində böyük uğurlar qazandığını diqqətə çatdıran Ərdoğan bildirib: "Qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-lar ilə (pilotsuz silahlı uçuş aparatları) cəhbədə oyunları pozan tərəf olmağı bacardıq".

Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti