Hərbçilərimiz Qarsda praktiki fəaliyyətləri icra edirlər - VİDEO

Hərbçilərimiz Qarsda praktiki fəaliyyətləri icra edirlər -    VİDEO
  10 Fevral 2021    Oxunub:2365
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.
Azvision.az xəbər verir ki, qış təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.



Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Təlim  





Xəbər lenti