Rusiyalı politoloq: “Koçaryanın yeri tarixin zibilliyindədir”

  Rusiyalı politoloq:  “Koçaryanın yeri tarixin zibilliyindədir”
  10 Fevral 2021    Oxunub:6052
Kremlin diqqətini cəlb etmək üçün Robert Koçaryan ucuz və bayağı vasitələrdən istifadə edir. O, bir neçə gün əvvəl Nikol Paşinyanı Aleksey Navalnı ilə müqayisə etdi. Belə bir sadəlövh müqayisə ilə rus siyasi elitasının diqqətini çəkəcəyini düşünür.
Azvision.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, ancaq Kreml Paşinyanın deyil, Koçaryanın Navalnı ilə eyni olduğunu yaxşı bildiyi üçün bu eyhamlara səssiz qaldı.

"Koçaryanın bu keçidi bir daha sübut edir ki, Rusiyadan dəstək xaricində, onun Ermənistan siyasətində güvənəcəyi bir şey yoxdur və bu cür baqajla ölkədə gücünün bərpasına ümid edə bilməz. Bu gün yeri tarixin zibilliyiində olan Koçaryan Kremlin rədd etdiyi bir ləkədir.
Onun nə xalqına, nə Ermənistanın coğrafi mühitinə, nə də qlobal dünya birliyinə təklif edəcəyi heç nə yoxdur.

Koçaryanın Ermənistanı müharibədən sonrakı xaosdan çəkindirmək üçün sistemli bir siyasi və iqtisadi modeli də yoxdur. Böyük siyasətə qayıtdığını elan etməsi ilə nasist "Qarabağ klanının" çürümüş leşinə əsas verməyə çalışdı. Faktiki olaraq bütün ortaqlarını qaçılmaz siyasi repressiyalara məruz qoydu", - deyə tanınmış rusiyalı politoloq əlavə edib.

Qeyd edək ki, son günlər Ermənistanın sabiq prezidenti, "Qarabağ klanı"nın əsas fiqurlarından sayılan Robert Koçaryanın baş nazir Nikol Paşinyanı əvəz edəyəci barədə iddialar irəli sürülür. Koçaryanın Moskva səfərindən sonra onun qayıdışının mümkün olduğu ehtimal edilir və bu mövzu erməni ictiamiyyəti tərəfindən geniş müzakirə predmetinə çevrilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti