Qayda pozan sürücülərə 118 milyon cərimə yazılıb

  Qayda pozan sürücülərə 118 milyon cərimə yazılıb
  10 Fevral 2021    Oxunub:3428
2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.
Dövlət Statistika Komitəsindən (DSK) Azvision.az -a verilən məlumata görə, xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Azvision.az


Teqlər: Sürücü   DYP  





Xəbər lenti