“Azərbaycan və İsrail həmişə dini tolerantlığın tərəfdarı olub” - Səfir

“Azərbaycan və İsrail həmişə dini tolerantlığın tərəfdarı olub” -  Səfir
  10 Fevral 2021    Oxunub:2221
Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyiata ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Tvitter” hesabında yazıb.

Qeyd edilib ki, Azərbaycan və İsrail həmişə dini tolerantlığın tərəfdarı olub, bizim möhkəm dostluğumuz bu ortaq dəyərlər üzərində qurulub.

"Müxtəlifliyi özündə birləşdirən Yaffada böyüyən biri olaraq Azərbaycanda üç dini liderlə görüşdə özümü evdəki kimi hiss etdim. Dini liderlərin və icmaların birlikdə yaşadığı, əksəriyyəti müsəlman olan bu ölkədə yəhudi dövlətinin ərəb xristian səfiri olmaq bir imtiyazdır”, - deyə diplomat əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcDik  





Xəbər lenti