“Müharibə ilə bağlı mindən çox cinayət işi açılıb” - Paşinyan

  10 Fevral 2021    Oxunub : 2692
 “Müharibə ilə bağlı mindən çox cinayət işi açılıb” -  Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı 44 günlük müharibənin səbəbləri və şərtləri ilə əlaqəli faktları toplamaq üçün komissiyanın yaradılması məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, komissiyanın yaradılması təşəbbüsü "Parlaq Ermənistan" partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan tərəfindən irəli sürülüb.

Paşinyan deyib ki, Marukyan bu mövzunu müzakirə etmək üçün dəvət olunub, ancaq gəlməyib. Onun sözlərinə görə, hazırda Qarabağ müharibəsi ilə bağlı bu və ya digər şəkildə mindən çox cinayət işi başlanıb.

Paşinyan, həmçinin əlavə edib ki, müharibə barədə bütün həqiqətlərin bilinməli olduğu ilə razılaşır, amma artıq bir çox şərtlər müzakirə edilib.

Bununla belə o, təklifi nəzərdən keçirəcəyini deyib.

Pərvanə Sutanova
Azvision.az

Teqlər: Paşinyan   Ermənistan   Qarabağ