Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi - VİDEO

  10 Fevral 2021    Oxunub : 5844
 Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi -  VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir.
Azvision.az xəbər verir ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib. Onu Azərbaycandan ixtisaslaşmış həkim müşayiət edib.



Ə.Qafarov yola düşmədən öncə bildirib ki, Cəbrayılda döyüş zamanı 3 güllə xəsarəti alıb: “Bir güllə onurğa sinirimi zədələyib, ayaqlarım hərəkətsizdir. İndi müalicə üçün Türkiyəyə aparırlar, inşallah həkimlər məni sağaldacaqlar. Allah Prezidentimizin, Mehriban xanımın canını sağ eləsin, onlara uzun ömür versin. Onların tapşırığı ilə məni Türkiyəyə aparırlar. Ümidliyəm, inanıram ki, orada ayaqlarım açılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Ə.Qafarovun həyat yoldaşı Ülviyyə Qafarova deyib: “Sinədən aşağı orqanları və ayaqları işləmir. Hazırda yataq yaraları da var, durumu nisbətən ağırdır. Türkiyənin Gülhanə xəstəxanasında müalicə olunmasına köməklik göstərdiyi üçün Prezidentimizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Qeyd edək ki, Əzim Qafarov sentyabrın 27-də Kəlbəcər istiqamətində 3 gün vuruşub, daha sonra Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.

Azvision.az

Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva