Virus Çinin açıqladığı vaxtdan əvvəl ortaya çıxıb - ÜST

  11 Fevral 2021    Oxunub : 2418
Virus Çinin açıqladığı vaxtdan əvvəl ortaya çıxıb -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun Çində yayılmasının rəsmi elan edildiyi 2019-cu ilin dekabrından əvvəl başlaya biləcəyini etiraf edirlər.
Azvision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ekspertlərə istinadən yazıb.

Onların sözlərinə görə, təxminən 90 nəfər oxşar simptomlarla iki ay əvvəl Çinin mərkəzi hissəsindəki xəstəxanaya yerləşdirilib. Çinli həkimlər bu xəstələrin üçdə ikisində antitel test etdiklərini, ancaq infeksiya izi tapmadığlarını bildiriblər. ÜST-ün ölkəyə səfər edən ekspertləri isə hesab edirlər ki, antitel tərkibinin aşkarlana bilməyəcəyi səviyyəyə enə bilərlər.

Beynəlxalq qrupun rəhbəri Peter Ben Embarek Hubey əyalətində 2019-cu ilin payızında toplanan qan nümunələrinin daha geniş analiz edilməsinə çağırıb.

Əvvəllər ÜST laboratoriya hadisəsi səbəbiylə koronavirus infeksiyasının meydana gəlməsi fərziyyəsini mümkünsüz hesab edirdi.

Xatırladaq ki, ÜST-ün beynəlxalq mütəxəssis qrupu 14 yanvar tarixindən bəri təxminən bir aydır Çindədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19