“Hərbi vəziyyət kiminsə məqsədlərinə xidmət etməməlidir” - Sarkisyan

“Hərbi vəziyyət kiminsə məqsədlərinə xidmət etməməlidir” -  Sarkisyan
  11 Fevral 2021    Oxunub:1704
Hərbi vəziyyət hansısa şəxsin və ya siyasi qüvvənin məqsədlərinə xidmət etməməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan müharibənin bitməsindən 3 ay keçməsinə baxmayaraq, ölkədə hərbi vəziyyətin qalmasına münasibət bildirərkən deyib.

“Hərbi vəziyyət hökumət tərəfindən elan edilir və hərbi vəziyyətin hüquqi rejimi qanunla təsbit edilir”, - deyən Sarkisyan hesab edir ki, hər hansı bir qərar və ya tənzimləmə dövlətin, xalqın mənafelərinə əsaslanmalı və hər hansı şəxsin və ya siyasi qüvvənin məqsədlərinə xidmət etməməlidir.

Xatırladaq ki, Ermənistanda ötən il 27 sentybarda hərbi vəziyyət elan edilib. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan bir neçə gün əvvəl bildirib ki, hərbi vəziyyətin saxlanması üçün əsaslar hələ də qalır. O, hərbi vəziyyətin nə zaman ləğv ediləcəyini açıqlamayıb.
Müxalifət isə hesab edir ki, bu vəziyyətin saxlanılması hakimiyyətin marağındadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hərbivəziyyət  





Xəbər lenti