“Prokurorluqda yeni struktur və kadr islahatları həyata keçirilib” - Fuad Ələsgərov

 “Prokurorluqda yeni struktur və kadr islahatları həyata keçirilib” -    Fuad Ələsgərov
  11 Fevral 2021    Oxunub:8181
Prokurorluqda müasir dövrün tələblərinə uyğun olaraq yeni struktur və kadr islahatları həyata keçirilib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov fevralın 11-də Baş Prokurorluğun yeni inzibati bina kompleksində təşkil olunan tədbirdə deyib.

Prezidentin köməkçisi bildirib ki, dövlətimizin başçısı prokurorluq orqanlarının fəaliyyətinin inkişafına, prokurorluq əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycan Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi diqqət yetirir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati binasının istifadəyə verilməsi də buna nümunədir.

Azvision.az


Teqlər: FuadƏləsgərov   Prokurorluq  





Xəbər lenti