“Türkiyə və Azərbaycan ordusu hər cür tapşırığı yerinə yetirmək gücündədir” - Hulusi Akar

 “Türkiyə və Azərbaycan ordusu hər cür tapşırığı yerinə yetirmək gücündədir” -  Hulusi Akar
  11 Fevral 2021    Oxunub:2150
Hər kəs türk millətinin müdafiəsi məsələsində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə güvənməlidir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Qars şəhərində keçirilən “Qış təlimi-2021”in yekun mərhələsində deyib.

Akar bildirib ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri hər cür tapşırığı yerinə yetirə biləcək gücdədir.

"Bu təlimlərin icrası ilə bütün dünya gördü ki, Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri malik olduqları təchizat ilə quruda, dənizdə, havada, qışda, yazda, dağda, düzənlikdə ona verilən bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti