“Valideynlər bu barədə ciddi düşünsünlər” - Baş infeksionist

  11 Fevral 2021    Oxunub : 2130
“Valideynlər bu barədə ciddi düşünsünlər” -    Baş infeksionist
Son vaxtlar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciətlərin sayı azalıb. Bu səbədən uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndlərin vaxtı gecikə bilər.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, uşaqların planlı peyvəndləri mütləq edilməlidir.

“Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Valideynlər bu barədə ciddi düşünsünlər və təqvim üzrə uşaqlarını peyvənd etdirsinlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Uşaq   Xəstəlik