“Biz bu bəladan birdəfəlik qurtulmalıyıq” - Baş infeksionist

 “Biz bu bəladan birdəfəlik qurtulmalıyıq” -  Baş infeksionist
  11 Fevral 2021    Oxunub:2495
COVID-19 infeksiyasının ağciyərlərdə fəsadlarının qalması xəstəliyi keçirən şəxsin vəziyyətindən asılıdır.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, ağciyərlərdə 50-70 faiz zədələnmə olubsa, onun izi qalacaq:

“Buna əsasən yaşlı insanlarda rast gəlinir. Çünki onların immuniteti və xroniki xəstəlikləri olur. Bu izlərin silinməsi gec çəkir və həmin şəxslərdə qalır”.

T.Eyvazov pandemiyaya qarşı mübarizədə peyvəndin vacib olduğunu qeyd edib: “Çünki biz karantin rejimində yaşamaq istəmirik və üz-üzə təmasda olmaq, toy etmək istəyirik. Biz bu bəladan birdəfəlik qurtulmalıyıq. Birdəfəlik olmasa da, bu yolla virusun sürətlə yayılmasının qarşısı alına bilər. Əhali arasında peyvəndləmə vacibdir. İstifadə etdiyimiz vaksin təhlükəsiz və effektivdir. Kütləvi halda vaksinasiya olunsa, effektli olacaq. Ona görə maarifləndirmə vacibdir ki, insanlar peyvənd olunsunlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti