Torosyan əsgər ailələrini borclu çıxardı: “Bizə minnətdar olmalısınız”

Torosyan əsgər ailələrini borclu çıxardı:  “Bizə minnətdar olmalısınız”
  12 Fevral 2021    Oxunub:2711
Ermənistanda itkin düşmüş əsgərlərin yaxınlarının etiraz aksiyaları davam edir.
Azvision.az xəbər verir ki, bugünkü etiraz aksiyasında gərgin anlar yaşanıb.

Qarabağda qardaşı və qardaşı oğlunun itkin düşdüyünü deyən Arsen Qukasyan adlı nümayişçi ölkə rəhbərliyinin əsgər valideynlərinə xoşagəlməz münasibət göstərdiyini deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın aparat rəhbəri Arsen Torosyan itkin düşən hərbçilərin yaxınlarını qəzəbləndirən cavab verib: "Siz bu beş əsiri geri qaytardığımıza görə bizə minnətdar olmalısınız".

Torosyanın laqeyd davranışına cavab olaraq, valideynlər ona "minnətdarlıq" əlaməti kimi şokolad və gül göndəriblər. Aksiyaçılar eyni zamanda paytaxtın ən böyük prospektlərindən birini bağlayaraq, nəqliyyatın hərəkətini iflic ediblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti