“Əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” - Zaxarova

   “Əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” -    Zaxarova
  12 Fevral 2021    Oxunub:2325
“Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistandan olan həmkarlarımızla iş aparılır”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bir müddət əvvəl Rusiya sülhməramlı qüvvələri komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı, beş erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir. Bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”, - deyə Zaxarova bu gün keçirdiyi brifinqdə vurğulayıb.

Azvision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti