“Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi ilə həyata keçirilir” - Rusiya XİN

   “Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi ilə həyata keçirilir” -    Rusiya XİN
  12 Fevral 2021    Oxunub:2538
Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova erməni jurnalistin Ağdərə-Vardenis yolundan istifadə ilə bağlı sualına cavab olaraq bildirib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.

Azvision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti