“Avropa İttifaqı və Azərbaycan strateji enerji tərəfdaşlarıdır” - Kadri Simson

   “Avropa İttifaqı və Azərbaycan strateji enerji tərəfdaşlarıdır” -    Kadri Simson
  12 Fevral 2021    Oxunub:2180
Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır.
Azvision.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında deyib.

Kadri Simson çıxışında bildirib: "Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır. Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin Gürcüstan, Türkiyə və Albaniyaya təşəkkürümü bildirmək istəyirəm. Dəhlizimiz Sizin ərazilərdən keçir. Siz olmadan Cənub Qaz Dəhlizi layihəsi olmazdı. Siyasətə dəstək bu cür layihələrdə hər hansı boru kəməri çəkilmədən təməl rolunu oynayır. Bir sözlə, mən bu müddət ərzində verdiyi siyasi dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Krallığa təşəkkürümü bildirmək istəyirəm. Biz bu illər ərzində işinizə və dəstəyinizə görə Sizə minnətdarıq. Sonuncu, lakin mühüm məqam maliyyələşmədir. Maliyyələşmə bu layihənin icrasında çox vacib idi. Mən layihənin maliyyələşdirilməsinə töhfə vermiş Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Dünya Bankına və bütün özəl qurumlara minnətdarlığımızı bildirmək istəyirəm. Məhz beləcə biz bu nöqtəyə çatdıq".

Azvision.az


Teqlər: KadriSimson  





Xəbər lenti