DSMF “ASAN”da lider oldu - FOTOLAR

DSMF  “ASAN”da lider oldu - FOTOLAR
  20 Fevral 2014    Oxunub:644
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi uğurla davam edir.
AzVision.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.

Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27000 kq, qeyri-hökümət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kq və özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kq istifadə olunmuş kağız məhsullarını adı çəkilən mərkəzlərə təhvil verməklə həftənin liderləri olmuşlar. Bununla yanaşı vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edirlər, onlar arasında İsayeva Sevinc Şəmsəddin qızı 56 kq nəticə ilə birinci olub.

Nəzərinizə çatdıraq ki, kütləvi aksiya hələ də davam edir. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.

Qalereya




Teqlər:  





Xəbər lenti