“Qafan yolunun bir hissəsi Azərbaycanın ərazisindən keçir” - Erməni deputat

 “Qafan yolunun bir hissəsi Azərbaycanın ərazisindən keçir” -  Erməni deputat
  12 Fevral 2021    Oxunub:1913
Gorusdan Qafana gedən yolun bir hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən keçir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın "Mənim addımım" blokundan olan millət vəkili Ayk Gevorkyan parlamentdəki brifinqdə baş nazirin müavini Tiqran Avinyanın açıqlamasını şərh edərkən deyib.

Xatırladaq ki, Avinyan 10 noyabr və 11 yanvar bəyanatlarından başqa Gorus-David-Bek (Zeyvə) yolu ilə bağlı razılığın olduğunu, yolun orada mübahisəli hissələrdən keçdiyini bildirib.

"Yola gəldikdə, bilirsiniz ki, Gorus-Qafan hissəsində 21 km uzunluğundakı yol Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən, yəni Azərbaycan ərazisindən (beynəlxalq səviyyədə tanınmış) keçir. Lakin bu yol bir saniyə belə bağlanmayıb”, - erməni deputaat deyib.

Onun sözlərinə görə, bu, razılaşmaların nəticəsidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Goris-Qafan  





Xəbər lenti