Ermənistan XİN-də rüşvət qalmaqalı - Kütləvi həbslər gözlənilir

 Ermənistan XİN-də rüşvət qalmaqalı -  Kütləvi həbslər gözlənilir
  12 Fevral 2021    Oxunub:2716
Ermənistan Xarici İşlər Nazirliyində böyük səs-küy yaradacaq həbslər gözlənilir.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan XİN-in baş katibi Vahaqn Melikyan diplomatları pulla vəzifəyə təyin etməklə məşğul olur. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.
"Xarici İşlər Nazirliyində böyük qalmaqal gözlənilir. Milli Təhlükəsizlik Xidməti Vahaqn Melikyana qarşı xüsusi materiallar hazırlayır. İstintaq zamanı əldə edilən məlumatlara görə, Melikyan xidməti vəzifəsindən istifadə edərək öz namizədlərini pul müqabilində müxtəlif diplomatik vəzifələrə təyin edirmiş. O, bir sıra korrupsiya sövdələşmələrində də iştirak edib.

Bundan əlavə, Ermənistanın diplomatik korpuslarındakı müxtəlif təyinatlar və daxili proseslər barədə məlumatların sızdırılmasını Melikyanın təşkil etdiyi ortaya çıxıb. Bu günlərdə Makunçun ABŞ səfiri təyin ediləcəyinə dair əvvəlcədən yayılan xəbərlər məhz Vahaqn tərəfindən sızdırılıb. O, Makunçun səfir təyin olunmasının qarşısını almaq və öz namizədini irəli sürmək üçün ictimai təzyiq təşkil edib. Bir sözlə, Vahaqn Melikyan tezliklə vəzifəsindən azad ediləcək, bundan sonra xüsusi xidmət orqanları onu həbs edəcəklər", - deyə məlumatda qeyd olunub.

Vahaqn Melikyanla yanaşı digər məmurların da rüşvət olayına görə həbsi istisna edilmir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Həbs   Ermənistan   Səfir  





Xəbər lenti