İqtisadi Şuranın hüquq və vəzifələri - SİYAHI

   İqtisadi Şuranın hüquq və vəzifələri -  SİYAHI
  12 Fevral 2021    Oxunub:2703
Azərbaycan Respublikasının İqtisadi Şurasının vəzifə və hüquqları müəyyənləşib.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”də qeyd olunub.

İqtisadi Şuranın vəzifələri aşağıdakılardır:

- bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə dövlət orqanları (qurumları) arasında məlumat mübadiləsini təmin etmək;

-Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat vermək;

- ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

- Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

- bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək;

-beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar yaratmaq;

-fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;

- dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

Azvision.az


Teqlər: İqtisadi-Şura   İlham-Əliyev  





Xəbər lenti