Girov götürülən türkiyəli dənizçilər xilas edildi

   Girov götürülən türkiyəli dənizçilər xilas edildi
  12 Fevral 2021    Oxunub:2476
Nigeriya sahillərində “Mozart” gəmisinin dəniz quldurları tərəfindən girov götürülmüş 15 heyət üzvü xilas edilib.
Azvision.az xəbər verir ki, Türkiyə vətəndaşları olan heyət üzvləri yaxın iki-üç gün ərzində İstanbula gətiriləcəklər. Onların vəziyyəti normal qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.

Azvision.az


Teqlər: Gəmi   Türkiyə  





Xəbər lenti