Şuşa qalası bərpa edilir

   Şuşa qalası bərpa edilir
  13 Fevral 2021    Oxunub:3715
Şuşa qalasının bərpasına başlanılıb.

Azvision.az xəbər verir ki, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə işlərin gələn ayın sonuna kimi yekunlaşacağı gözlənilir. Növbəti mərhələdə daha geniş bərpa prosesinə start veriləcək.
Xatırladaq ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının tikintisinə qərar verib və Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala uzun müddət Pənahabad adlandırılıb.

Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə olunub. Tarixi qalanın üç qapısı var.

Azvision.az


Teqlər: Şuşa   Qala  





Xəbər lenti