BMT sessiyasında Azərbaycanın məruzəsi təqdim edilib |
Xüsusi diqqət ötən ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatları və 6 həftə davam edən Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin bölgədə yaratdığı yeni reallıqlara və geosiyasi vəziyyətə ayrılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bölgədə sülh, təhlükəsizlik və tərəqqiyə xidmət etdiyi vurğulanıb. Azərbaycan, eləcə də bölgədəki vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə ardıcıl və səmərəli şəkildə çatdırılması sahəsində diplomatik nümayəndəliklərimizin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Video-konfrans zamanı diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə il ərzində keçiriləcək əsas tədbirlər, bir sıra inzibati və təşkilati xarakterli məsələlər, həmçinin kadr məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Mövcud yeni reallıqlar şəraitində xarici siyasət kursunun səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizin təklifləri dinlənilib.
Tədbir iştirakçıları tərəfindən məlumatlandırma və əlaqələndirmənin təmin olunması baxımından onlayn görüşlərin əhəmiyyəti qeyd olunub və bu kimi məsləhətləşmələrin gələcəkdə davam etdirilməsi üzrə razılıq ifadə olunub.
Azvision.az