Bayden Quantanamo həbsxanasını bağlayır - Ağ ev təsdiqlədi

Bayden Quantanamo həbsxanasını bağlayır -  Ağ ev təsdiqlədi
  13 Fevral 2021    Oxunub:2614
Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Co Bayden administrasiyasının Kubada Quantanamo bazasındakı xüsusi həbsxananı bağlamaq planını təsdiqləyib.

Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Psaki əlavə edib ki, məsələ müxtəlif strukturlarda müzakirə olunmağa davam edir.

"Bu, bizim məqsədimiz və niyyətimizdir. Hələ də məsələnin öyrənilməsi mərhələsindəyik. Bir çox departamentlər bu addımların müzakirəsində iştirak edir”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

Daha əvvəl Bayden administrasiyası Amerikanın Kuba körfəzindəki hərbi dəniz bazasında Quantanamo həbsxanasının bağlanması məqsədilə yoxlamaya başladığı barədə məlumatlar yayıb.

Qeyd edək ki, Quantanamo həbsxanası 2002-ci ildə kiçik Corc Buşun prezidentliyi dövründə antiterror proqramı çərçivəsində xüsusi təhlükəli cinayətkarların saxlanılması üçün yaradılıb. 44-cü prezident Barak Obama müəssisənin bağlanması haqqında fərman imzalayıb, ancaq bu qərar Donald Tramp tərəfindən ləğv olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Quantnamo  





Xəbər lenti