Özəl klinikalara vaksin veriləcək? - AÇIQLAMA

 Özəl klinikalara vaksin veriləcək? -  AÇIQLAMA
  13 Fevral 2021    Oxunub:2391
Gələcəkdə koronavirusa qarşı peyvəndlər özəl tibbi müəssisələrinə də verilə bilər.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya ölkəmizdə mərhələli şəkildə aparılır.

"Öncə risk qrupunda olan insanların vaksinasiyası həyata keçirilir. Risk qrupları bitəndən sonra önümüzdəki aylarda peyvəndlər ödənişli şəkildə özəl müəssisələrə də verilə bilər", - deyə N.Əliyev qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksin  





Xəbər lenti