Rusiyada tennis kortu çöküb - YENİLƏNİB

 Rusiyada tennis kortu çöküb -  YENİLƏNİB
  13 Fevral 2021    Oxunub:2931
Moskva yaxınlığındakı Şelkovo şəhərində tennis kortu çöküb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin mətbuat xidmətindən bildirilib.

Daha əvvəl Rusiya FHN-in rəsmi Telegram kanalında Şelkovoda bir ticarət mərkəzinin çökməsi barədə xəbər yayılmışdı.

Məlumata görə, hadisə zamanı tennis kortunda heç kim olmayıb.

***
(13:10)

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Şelkovo şəhərində ticarət mərkəzi çöküb.

Azvision.az xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Dağıntılar altında qalanların olduğu bildirilir. Hadisə mərkəzi küçədə baş verib. Təfərrüatlar araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ticarət-mərkəzi  





Xəbər lenti