Ermənistan zəlzələdən sonra: Hamı qorxu içindədir - (FOTO+VİDEO)

 Ermənistan zəlzələdən sonra:  Hamı qorxu içindədir - (FOTO+VİDEO)
  13 Fevral 2021    Oxunub:6286
Bu gün Ermənistanda baş verən zəlzələ sakinlər arasında ciddi təşvişə səbəb olub.
Azvision.az xəbər verir ki, zəlzələdən sonra avterşoklar qeydə alındığından bəzi şəhərlərdə insanlar küçələrə axın ediblər.

Ermənistan mətbuatı vətəndaşların yaşadıqları evlərə, ofis və idarələrin binalarına dönmək istəmədiyini yazıb, aidiyyəti qurumların nümayəndələri isə vətəndaşları panikaya düşməməyə çağırıb.

Xatırladaq ki, bu gün Ermənistanda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 2 kilometr dərinlikdə, episentri İrəvandan 12 kilometr məsafədə yerləşib. Yeraltı təkanlar saat 15:29-da qeydə alınıb və bir neçə saniyə davam edib.











Tural Tağıyev
Azvision.az


Teqlər: Zəlzələ   Ermənistan   Təşfiş  





Xəbər lenti