Yaponiyadakı zəlzələdə 150 nəfər xəsarət alıb - YENİLƏNİB

Yaponiyadakı zəlzələdə 150 nəfər xəsarət alıb -  YENİLƏNİB
  14 Fevral 2021    Oxunub:5888
Ötən gün Yaponiyada baş verən zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Kiodo agentliyi məlumat yayıb.

Hələlik təbii fəlakət nəticəsində ölənlərin olub-olmadığı bilinmir.

***
(11:34)

Yaponiyada ötən gün baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 144 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bununla bağlı ölkənin İctimai Televiziyası məlumat yayıb.

Yaponiyanın Milli Meteorologiya İdarəsi həftə ərzində yenidən bir neçə dəfə zəlzələnin olacağı barədə sakinləri xəbərdar edib.

***
(09:20)

Ötən gün Yaponiyada baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların çoxu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Xatırladaq ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.

Azvision.az


Teqlər: Yaponiya   Zəlzələ  





Xəbər lenti