Çində attraksion parkında qəza: 16 nəfər yaralanıb

Çində attraksion parkında qəza:  16 nəfər yaralanıb
  14 Fevral 2021    Oxunub:1938
Çinin Xunan əyalətində karusel attraksionu parkında baş vermiş qəzada azı 16 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Attraksiona nəzarətin itirilməsi nəticəsində bəzilərinin yelləncəkdən düşdüyü bildirilib. Zərərçəkənlər xəstəxanaya aparılıb. Üç nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti