Türkiyədən PKK-ya ağır zərbə: 48 terrorçu məhv edildi

  Türkiyədən PKK-ya ağır zərbə:    48 terrorçu məhv edildi
  14 Fevral 2021    Oxunub:2303
Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər sağ ələ keçirilib.

Məlumata görə, PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbi qulluqçu yaralanıb.

Bundan əlavə, terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah daxil olmaqla 50-dən çox hədəf məhv edilib.

Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror   Əməliyyat  





Xəbər lenti