Həftənin ilk günü hava necə olacaq? - Proqnoz

   Həftənin ilk günü hava necə olacaq? -    Proqnoz
  14 Fevral 2021    Oxunub:2451
Azərbaycanda fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Fevralın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək isti, yüksək dağlıq ərazilərdə 2-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti