“Vaksin mənə atamın dahi beynini vermədi” - Bill Qeytsin qızı

 “Vaksin mənə atamın dahi beynini vermədi” -   Bill Qeytsin qızı
  14 Fevral 2021    Oxunub:2962
Dünyanın ən zəngin insanlarından biri, “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin qızı koronavirusuna qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə 24 yaşlı Cennifer Qeyts İnstaqram səhifəsində yazıb.

O, əlində "mən koronavirus əleyhinə peyvənd olundum" yazılmış kağızı tutaraq foto paylaşıb. İnsanları peyvənd olunmağa dəvət edən Cennifer "nə qədər çox insan immunitet qazanarsa, hamı üçün bir o qədər təhlükəsiz olar", -deyə bildirib.

Milyarderin qızı atasının insanları çipləşdirməsi ilə bağlı yayılan iddialara da zarafatla reaksiya verib: "Çox təəssüf ki, vaksin mənə atamın dahi beynini vermədi".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti