“Heç bir komandaya arxayınlaşmaq olmaz” - Elxan Məmmədov

“Heç bir komandaya arxayınlaşmaq olmaz” -    Elxan Məmmədov
  14 Fevral 2021    Oxunub:2801
"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim".
Azvision.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var: "8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub saxlamaq vacibdir".

Azvision.az


Teqlər: AFFA   ElxanMəmmədov  





Xəbər lenti