“Növbəti tədris ilində yeddi ixtisas yaradılacaq” - Nazir

“Növbəti tədris ilində yeddi ixtisas yaradılacaq” -   Nazir
  15 Fevral 2021    Oxunub:3047
Azərbaycanda növbəti tədris ilində yeddi ixtisas yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, SABAH qruplarının magistratura səviyyəsində yeni olan kiber təhlükəsizliyi, kompüter elmləri, şəhərsalma və planlaşdırılma, eləcə də digər ixtisaslar yaradılacaq.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı işlər görülür: “Hazırda peşə təhsilinin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası deyilən modellər üzərində yeni peşə ixtisasını təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti