Şəhidimizin Alparslanı evə buraxıldı - FOTO

Şəhidimizin Alparslanı evə buraxıldı -  FOTO
  15 Fevral 2021    Oxunub:1782
Xəbər verdiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş baş giziri Camal İsmayılovun oğul övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının sağlığında arzuladığı Alparslan adı qoyulub.
Azvision.az -ın məlumatına görə, bu gün şəhidimizin övladı doğum evindən buraxılıb. Camal İsmayılovun övladının xəstəxanadan evə buraxılması mərasimində ailə üzvləri və hərbçi yoldaşları iştirak ediblər.



Qeyd edək ki, Camal İsmayılov Vətən müharibəsində xüsusi şücaəti ilə seçilən igid döyüşçülərimizdən biri olub. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən hərbçimizə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib.

Azvision.az


Teqlər: Şəhid   Camal-İsmayılov   Oğul   Övlad  





Xəbər lenti