Hindistanda təbii fəlakət: Ölü sayı 54-ə çatdı, 179 nəfər itkindir

  15 Fevral 2021    Oxunub : 1227
 Hindistanda təbii fəlakət:  Ölü sayı 54-ə çatdı, 179 nəfər itkindir
Hindistanın Uttarakhand əyalətində buz parçalarının dağılması nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə əyalətin polis bölməsi məlumat yayıb.

Hindistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, buzlaq 7 fevralda qopub və Rişiqanqa çayında suyun səviyyəsinin qalxmasına səbəb olub. Hadisə nəticəsində 13,2 MVt gücündə su elektrik stansiyası dağılıb.

Bundan əlavə, daşqın zamanı Dhauliqanqa çayı üzərində inşa olunan 520 MVt hidroelektrik stansiyasına da ziyan dəyib.

"Bu gün Tapovan tunelindən üç cəsəd çıxarıldı, nəticədə ölənlərin sayı 54-ə çatıb. 179 nəfər hələ də itkin sayılır. Xilasetmə əməliyyatı davam edir", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Hindistan