“Siyasi elita Paşinyanın hakimiyyətinə qarşıdır” - Almaniyalı ekspert

 “Siyasi elita Paşinyanın hakimiyyətinə qarşıdır” -  Almaniyalı ekspert
  15 Fevral 2021    Oxunub:3962
Berlin Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Nadya Duqlas Ermənistanın baş naziri Nikol Paşinyanın yarıtmaz fəaliyyətindən danışıb.
Azvision.az xəbər verir ki, almaniyalı ekspert Paşinyanın artıq geniş ictimai dəstəkdən istifadə edə bilmədiyini deyib. Onun sözlərinə görə, Nikol siyasi və mənəvi cəhətdən "diskvalifikasiya" edilib.

Nadya Duqlas, həmçinin bildirib ki, Ermənistandakı siyasi vəziyyət baş nazir postundan getməyənə qədər sabitləşməyəcək:

“Prezident, parlament müxalifəti, üç keçmiş dövlət başçısı, kilsə lideri və bir çox yerli siyasi liderlər daxil olmaqla elita Paşinyana və onun davam edən hakimiyyətinə qarşıdır. O, müxalifətin təklif etdiyi kimi keçid hökuməti qurmaq və ya erkən seçki keçirmək üçün dəyişikliyə yol açmalıdır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Ekspert   Ermənistan  





Xəbər lenti