Türkiyəyə qanunsuz keçmək istəyənlər tutuldu, biri İŞİD-çidir

Türkiyəyə qanunsuz keçmək istəyənlər tutuldu,  biri İŞİD-çidir
  15 Fevral 2021    Oxunub:2075
Türkiyənin Hatay bölgəsinin Reyhanlı mahalında mavi bülletenlə axtarılan İŞİD terrorçusu da daxil olmaqla 3 Yeni Zelandiya vətəndaşı tutulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyadan ölkəmizə qanunsuz yolla girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatayın Reyhanlı mahalında sərhəd personalı tərəfindən tutuldu. 26 yaşlı S.A. adlı qadının mavi bülletenlə axtarışa verilən İŞİD terrorçusu olduğu müəyyən edilib", - açıqlamada deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: terrorçu  





Xəbər lenti